Xəbər lenti

Məmmədyarov Adil Əl-Cubeyrilə görüşüb
Siyasət14:03 14.04.2016

Məmmədyarov Adil Əl-Cubeyrilə görüşüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sammiti çərçivəsində Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cubeyrilə görüşüb.
 
XİN-in mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyətindən və İƏT çərçivəsində birgə fəaliyyətdən məmnunluq ifadə olunub, əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi qeyd edilib.
Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin zəruriliyini önə çəkiblər.
Nazirlər iki ölkə arasında siyasi, iqtisadi-ticarət, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə nümayəndə heyətlərinin mübadiləsi, XİN-lərarası təmasların artırılması və yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkil edilməsinin vacibliyini vurğulayıblar.
Görüşdə qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qaynar.info