Xəbər lenti

Sabah bizə darıxmaq öyrədən şairin 40 mərasimidr
Sənət07:30 10.06.2020

Sabah bizə darıxmaq öyrədən şairin 40 mərasimidr

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mərhum şair Fərqanə Mehdiyevanın xatirəsinə bağlanan kitab işıq üzü görüb.
Qaynarinfo xəbər verir ki, "Qanun” nəşriyyatında dərc olunan kitab mərhum şairənin öz misrası ilə adlandırılıb: "Mən sizə darıxmaq öyrədəcəyəm".
Kitabda Fərqanənin qələm dostlarının, oxucularının onunla bağlı xatirələri və şairə həsr etdikləri şeirlər, publisistik yazılar yer alıb.
Kitabın tərtibçisi və redaktoru Faiq Balabəyli, rəssamı Seran Allahverdi, korrektorları Aləm Kəngərli və Narıngül Nadirdir.
Kitab müəlliflərin maliyə dəstəyi ilə dərc olunub.
Xatıladaq ki, sabah şairin 40 mərasimi keçiriləcək.