Dünya 16:35 14.10.2022

Mərhum Kraliça II Elizabetin nə qədər var-dövləti var? - Gizli aktivlər açıla bilər

Kraliça II Elizabetin ölümündən sonra ölkənin nəzarət orqanları onun aktivlərinin real dəyəri ilə bağlı məsələ qaldırıblar. 

Qaynarinfo RBC-ya istinadla xəbər verir ki, məlumata görə, kral ailəsinin üzvlərinə hansı aktivlərin keçəcəyini təsvir edən sənədin məxfi qalacağı artıq məlumdur.

Əvvəllər Forbes onun aktivlərini təxminən 500 milyon dollar, The Sunday Times isə 2022-ci ildə təxminən 430 milyon dollar olduğunu yazıb. Eyni zamanda, Britaniya monarxiyasının ümumi sərvəti 26 milyard dollar olaraq qiymətləndirilir.

The Guardian qəzeti bu yaxınlarda yazıb ki, Böyük Britaniyanın şəffaflığa nəzarət orqanı Biznes, Energetika və Sənaye Strategiyası Nazirliyini məhkəmə ilə hədələyib. Qeyd edildiyi kimi, nazirlik kifayət qədər uzun müddət kraliçanın "gizli" investisiya gəlirləri ilə bağlı vəziyyəti aydınlaşdıra biləcək sənədləri təqdim etməkdən imtina edib.

"The Guardian”ın jurnalistləri tərəfindən aparılan araşdırma göstərib ki, kraliça sərvətinin ölçüsünü ictimaiyyətdən gizlətməyə imkan verən qanunvericiliyə düzəlişlər edilməsi üçün lobbiçilik edib.

Alpər