Hüseynbala Səlimov
Səs-küyü biz bir gün sonra, bazar ertəsi eşitdik – koalisyon hökuməti kimin və necə formalaşdıracağı müzakirə olunarkən, hərçənd, seçkilərin rəsmi nəticələri hələ iki həftə sonra elan olunacaq.
Hələliksə Merkel öz vəzifəsini icra edə bilər – yeni koalisyon hökumət formalaşdırılana qədər. Ümid edirik ki, bu, çox da çəkməyəcək.
Bəziləri A.Merkeli dəmir ledi Marqaret Tetçerlə müqayisə edirdi, digərləri isə onda orijinal, yeni Avropa siyasətçisi üçün xarakterik siyasi cizgilər axtarır və tapırdı. Bütün hallarda, o, sıravi siyasətçi deyildi, əks təqdirdə on altı il nəinki ölkəsinin siyasi müşahidəçilərinin, hətta xarici ekspertlərin belə gözlərini döyənək etməzdi. Əks təqdirdə o, Avropa siyasətində "birinci skripka” olmazdı.
Demokratik ölkədə on altı il seçkili vəzifədə olmaq elə də asan məsələ deyil, xəyalınız avtoritar ölkələrə getməsin – bəli, sonuncularda ürəyin istəyən qədər siyasi olimpin birinci kürsüsünü məşğul edə bilərsən.
Odur ki, əgər almanlar on altı il Merkelə inanıb dəstək veriblərsə, bu o deməkdir ki, o, ölkə qarşısındakı problemləri həll edə bilib.
Amma bizim üçün Merkelin siyasi portretinin başqa cizgiləri və ya çalarları maraqlıdır, hansılar haqqında ki, biz daim yazırıq. Merkel gedəndən sonra nəhayət məlum olacaq ki, kim Ukraynanın, Gürcüstanın və Moldovanın NATO-ya inteqrasiyasını ləngidirdi. Əvvələr bunun Merkel tərəfindən edildiyi bildirilirdi.
Əlbəttə, Merkelin Rusiya prezidentilə isti münasibətləri vardı, amma onların nə qədər dərin olmasını alman kansleri böyük siyasətdən gedəndən sonra biləcəyik.
Bir daha qeyd edək ki, uzun müddət belə hesab olunurdu ki, məhz Almaniya və Macarıstan Ukraynanın Şimali Atlantika Blokuna daxil olmasına mane olur. Bu günlərdə Budapeşt daha bir addım atdı ki, Kiyevdə bunu "arxadan zərbə” adlandırdılar. Belə ki, Macarıstan düz 2036-cı ilə qədər Rusiya ilə qaz sazişi imzaladı!..
Merkelin gedişilə NATO-nun özündə çox şey aydınlaşacaq. Varlı Avropa ölkələri gah üzvlük haqlarının artmasına qarşı çıxır, gah da NATO-ya alternativ yaratmağa çalışırdılar. Amma bu müstəvidə də ABŞ onları qabaqladı, Böyük Britaniya və Avstraliyanın iştirakı ilə yeni hərbi blok yaratdı ki, müşahidəçilər onu dərhal Anqlo-sakson İttifaqı adlandırdılar...
Çoxu belə hesab edir ki, dövlətlərin dəyişməz maraqları olur. Əlbəttə, belədir, amma qismən. Biz daim yazırıq ki, siyasəti insanlar yaradır və bu səbəbdən də siyasətdə onların şəxsi simpatiya və antipatiyaları da əks olunur. Odur ki, siyasətçi nə qədər güclüdürsə, onun subyektiv çalarları siyasətdə daha qabarıq ifadəsini tapır. Merkel güclü siyasətçi idi. O özünü ABŞ qarşısında sərbəst aparırdı. Elə ABŞ-ı da qorxudan bu idi ki, Avropa özünü yeni geosiyasi vahid kimi aparır. Bu baxımdan Böyük Britaniyanın Birliyi tərk etməsi də güman ki, bununla bağlı idi.
Hər dəfə nüfuzlu siyasətçilər səhnəni tərk edəndə politoloqlar deyir ki, aktyorlar getdi, rollar isə qaldı. Merkellə bağlı da belə olacaq. Nəhayət bəzi sualların cavabını biləcəyik, hansılar ki, bizi uzun müddət məşğul edirdi.
Üstəgəl, Merkelin gedişi tamam birdəfəlik olmaya da bilər. İnanmaq çətindir ki, bu fəal qadın memuarlar yazmağa başlayacaq. O, məsələn, Avropa siyasətinə qayıda bilər. Bütün hallarda, çox da qalmayıb, qısa bir zamandan sonra hər şey aydın və anlaşıqlı olacaq...