Maqazin 13:43 23.03.2024

Məşhur aktrisa 51 yaşında ikinci dəfə ana oldu

Aktrisa Kemeron Diaz və musiqiçi Benjamin Madden ikinci dəfə valideyn olublar. 

Qaynarinfo xəbər verir ki, bu barədə aktrisa "Instagram"da məlumat yayıb.

Aktrisa və müsiqiçinin oğlu dünyaya gəlib. Uşağa Kardinal adı verilib. Cütlük xəbəri gizli saxlayıb və yalnız bir müddət sonra paylaşıb.

"Biz oğlumuz Kardinal Maddenin doğulduğunu elan etməkdən məmnunuq. O, heyrətamizdir və hamımız onun burada olmasından çox xoşbəxtik! Uşağın təhlükəsizliyi və məxfiliyi üçün fotolar qoymayacağıq, amma o, çox yaraşıqlıdır", deyə aktrisa yazıb.

Kemeron Diaz və Benjamin Madden 2015-ci ildə evlənib. 2019-cu ildə aktrisa ilk dəfə ana olub - onun qızı Raddix dünyaya gəlib. Kemeron Diaz evləndikdən sonra filmlərdə çəkilməyi dayandırsa da, bu yaxınlarda geri qayıtdığını elan edib.

Aydın