Xəbər lenti

Milli Məclisin deputatı Ermənistana səsləndi
Siyasət13:25 16.07.2021

Milli Məclisin deputatı Ermənistana səsləndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Belə təxribatlarla İrəvan Zəngəzur dəhlizinin açılmasının mümkünsüzlüyü təəssüratını formalaşdırmağa çalışır”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Ermənistanın növbəti dəfə bu gün saat 10.00 və 13.00-da Naxçıvanın Sədərək rayonu  istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutmasının arxasında hansı məqsədlərin dayandığına aydınlıq gətirərkən deyib. A. Mirzəzadə qeyd edib ki, İrəvanın təxribatları davam etdirməsi sonda ona baha başa gələcək: 
"Ermənistan üçün fərqi yoxdur. Dünən Kəlbəcər istiqamətində sərhədi pozublar. Bu gün isə Naxçıvan istiqamətində atəş açırlar. Hesab edirəm ki, Naxçıvan istiqamətində atəşkəsi pozmaqla Ermənistan Zəngəzur dəhlizinin açılmasına maksimum maneəçilik törətməyə çalışır. Belə təxribatlarla sözügedən dəhlizin açılmasının mümkün olmaması təəssüratını yaratmaq istəyirlər”. 
Deputat bildirib ki, İrəvanın həmin təxribatları əslində özü üçün ciddi problemlər yaradacaq: 
"Ermənistandan asılı olmayaraq Zəngəzur dəhlizi mütləq açılacaq. Çünki bu, üçtərəfli sazişdə nəzərdə tutulub. Ermənistan sərhədini Rusiya sərhədçiləri qoruyur, bu ölkədəki dəmiryolu xətti Moskvanın mülkiyyətidir. Belədə Azərbaycan Ermənistan nə qədər çabalasa da, ilk növbədə məhz həmin sazişə əsasən dəhlizin açılmasına nail olacaq”.
A.Mirzəzadə İrəvanı Vətən müharibəsində aldıqları ağır zərbələrdən nəticə çıxarmağa səsləyib: 
"Davam edən təxribatlar fonunda Ermənistan Azərbaycan tərəfinin çox sərt cavabını alacaq. Görünən odur ki, işğalçı ölkə hələ də 44 günlük müharibədə ağır məğlubiyyətə uğramasından nəticə çıxarmayıb. Bunu nə qədər tez etsələr, özləri üçün daha yaxşı olar”.
Rüfət Sultan