Köçəri Nağıbəyli: “Aksiya 20-ci yaşayış sahəsində keçiriləcək”Xəbər verdiyimiz kimi ötən gün Milli Şuranın sessiyası keçirilib. Sessiyada avqustun 18-də mitinq keçirilməsi qərara alınıb. Aksiya ilə bağlı artıq BŞİH-ə müraciət edilib.
Qaynar.info-nun verdiyi xəbərə görə, Milli Şuranın facebook qrupunda artıq aksiyanın yeri və vaxtı açıqlanıb.
Qrupda yerləşdirilən elana görə, aksiya Bakı şəhəri, Səbail rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbində, saat 17:00-da keçiriləcək.
Aksiyanın 20-ci yaşayış sahəsində keçiriləcəyi xəbərini “El” Hərəkatı sədrinin təşkilati məsələlər üzrə müavini, Milli Şuranın üzvü Köçəri Nağıbəyli də təsdiqləyib.
O bildirib ki, aksiyanı təşkil edilməsi ilə Milli Şuranın mitinq komitəsinin rəhbəri Asəf Quliyev məşğul olur.
İlkin
Qaynar.info