Xəbər lenti

Milli Şuranın mitinqinə icazə verildi - RƏSMİ
Siyasət13:30 12.12.2013

Milli Şuranın mitinqinə icazə verildi - RƏSMİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Milli Şuranın Dekabrın 15-də keçirmək istədiyi mitinqlə bağlı Bakı ŞİH-nə edilən müraciətə cavab verilib.

Bu barədə Qaynar.info-ya açıqlamasında mitinqin təşkilatçılarından olan Tural Abbaslı məlumat verib.

T. Abbaslının dediklərinə görə, Bakı ŞİH Milli Şuranın mitinq üçün istədiyi yerlərdən "Məsul Stadionu"nu mitinq üçün uyğun bilib.

Mitinq saat 16:00-dan 18:00-a qədər keçiriləcək.

Etirazçılar aksiyada “Qiymətlər endirilsin!”, “Bahalaşmaya son!” şüarları səsləndiriləcək.

Qaynar.info