Rusiyalı milyarder Mixail Fridmanın "Ukrayna Sense Bank"ına (keçmiş "Alfa-Bank") məxsus olan "ABH Holdings S.A." holdinqi milliləşdirmədən əvvəl Ukraynaya qarşı İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəzdə iddia qaldırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə ABHH-nin saytında yerləşdirilən məlumatda deyilir.
Qeyd olunur ki, holdinq "Sense Bank"ın "qanunsuz özgəninkiləşdirilməsi"nə görə 1 milyard dollar məbləğində tam təzminat tələb edir.
"Sorğu Ukraynanın artan özbaşına, qeyri-mütənasib, əsassız və ayrı-seçkilik xarakterli addımlarını təfərrüatlandırır", deyə holdinqdən bildirilib.
Vurğulanır ki, ABHH holdinqi Kiyevin "qara piar” kampaniyası aparması ilə bağlı bütün halları diqqətlə qeydə alıb. 2023-cü ilin ortalarına olan məlumata görə, "Sense Bank" Ukraynada fəaliyyət göstərən 65 bank arasında 11-ci yerdə qərarlaşıb və ötən ilin iyulunda Ukrayna hakimiyyəti tərəfindən milliləşdirilib.
Dekabrın 20-də bildirilib ki, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) rusiyalı biznesmen Mixail Fridmanı axtarışa verib.
Aydın