
Türkiyə Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunu qəbul edib.
Qaynar.info xəbər verir ki, görüş MHP-nin qərargahında keçirilib.
MHP baş katibi İsmət Böyükataman qəbulla bağlı yazdığı açıqlamada görüş zamanı hər iki partiya rəhbərinin görüşünün yüksək səviyyədə keçdiyini bildirib: "Azərbaycanın müstəqillik və azadlıq mübarizəsində önəmli xidmətləri olan ilk prezident mərhum Əbülfəz Elçibəyin yaratdığı Xalq Cəbhəsinin hörmətli sədri ilə hörmətli Dövlət Baxçalı keçirdikləri görüşdə ölkə və region məsələləri ilə bağlı müzakirələr aparıblar".
Qaynar.info