Xəbər lenti

Mogerini əfv sərəncamına münasibət bildirdi
Siyasət15:40 17.03.2016

Mogerini əfv sərəncamına münasibət bildirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini Azərbaycan prezidentinin əfv sərəncamı imzalamasına münasibət bildirib.

Bu barədə o, “twitter” hesabında qeyd edib. “Azərbaycandan insan haqları ilə bağlı yaxşı xəbər almışıq. Bu, 2 həftə əvvəl Bakıda apardığımız danışıqlardan sonra ruhlandırıcıdır. Biz insan haqları istiqamətində işləməyi davam edəcəyik”, - deyə o bildirib.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev bu gün əfv sərəncamı imzalayıb.

Sərəncam 148 məhkuma şamil edilib. Onların arasında bir sıra tanınmış şəxslər də var. (apa)

Qaynar.info