Xəbər lenti

Moldova prezidenti haqda video-kompromat yayıldı
Dünya14:50 18.05.2020

Moldova prezidenti haqda video-kompromat yayıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moldova parlamentinin müxalif deputatları Prezident İqor Dodonun hazırda banklardan 1 milyard dollar oğurlaması iddiası ilə axtarışda olan oliqarx Vladimir Plaxotnyukdan külli miqdarda pul aldığını iddia edib.
Qaynarinfo xəbər verir ki, parlamentarilərə müxalif DA Platformasının nümayəndəsi Yuri Renitsa tərəfindən nümayiş etdirilən videoya görə, iş adamı ilə görüşdə dövlət başçısı 600-800 min avro arasında "bazarlıq" edilib. Bu vəsait Dodonun Moldova Respublikası Sosialistlər Partiyasının (PSRM) üzvlərinə "zərflərdə maaşların" ödənilməsi üçün nəzərdə tutulubmuş.
Video-qeydlərdən göründüyü kimi, "qara” paketdəki pul, prezidentin sözlərinə görə, sosialistlərin "xəzinədarına" verilməli imiş. Dodon Plaxotnyukdan bunu soruşur: "Yenə də paketlərlə gəzirsiz?"
Alpər