Xəbər lenti

Moldovada rus qoşunlarının Dnestryanıdan çıxarılması üçün müttəfiqlərdən kömək istədi
Dünya 23:08 12.04.2024

Moldovada rus qoşunlarının Dnestryanıdan çıxarılması üçün müttəfiqlərdən kömək istədi

Moldova Rusiya hərbçilərinin Dnestryanı bölgədən çıxarılması tələbini davam etdirəcək və bu məsələdə xarici tərəfdaşlarından kömək gözləyir. 

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bunu Moldovanın Dnestryanı məsələləri ilə tanış olmaq üçün səfərə gəlmiş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) hazırkı sədri Yan Borçla birgə keçirdiyi brifinqdə Moldovanın baş nazirinin müavini və xarici işlər naziri Mixay Popşoy deyib.

"Moldova Respublikası Rusiya ordusunun və silahlarının ölkəmizin Dnestryanı bölgəsindən çıxarılmasına qəti ehtiyac olduğunu qeyd edir. Biz bu prosesi sürətləndirəcək şərait yaratmaq üçün dostlarımızın və beynəlxalq tərəfdaşların köməyinə ümid edirik", deyə Popşoy bildirib. 

O qeyd edib ki, Rusiya Federasiyası belə öhdəlikləri 1999-cu ildə ATƏT-in İstanbulda keçirilən sammitində üzərinə götürüb.

Dnestryanıda minə yaxın əsgər və zabitdən ibarət Rusiya Qüvvələrinin Əməliyyat Qrupu (OQRF) fəaliyyət göstərir. Onun vəzifəsi Sovet qoşunlarının Avropa ölkələrindən çıxarılmasından sonra 20 min tondan çox sursatın saxlandığı "anbarları qorumaq"dır. Sila

Bu arada Aİ-nin Moldovadakı səfiri Yanis Mazeiks bildirib ki, Moldovanın avrointeqrasiya variantı mümkündür və bu variant çərçivəsində əvvəlcə Kişinyovun nəzarətində olan ölkə ərazisi, daha sonra isə Dnestryanı Avropa İttifaqına qoşulacaq. 

"Biz sağ sahilin, konstitusiya rəhbərliyinin nəzarətində olan ərazinin əvvəlcə, sol sahilin isə sonra qoşulması barədə düşünə bilərik", deyə diplomat bildirib.

Mazeiksin fikrincə, Moldovanın 6 il ərzində Avropaya inteqrasiyası Kişinyov Avropa Komissiyasının tələb etdiyi islahatların sürətini saxlasa, mümkündür.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->