Xəbər lenti

Moskvanın “taxıl müqaviləsi” şərtləri: ABŞ Rusiyanın nə istədiyini başa düşmür
Dünya06:15 05.08.2023

Moskvanın “taxıl müqaviləsi” şərtləri: ABŞ Rusiyanın nə istədiyini başa düşmür

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vaşinqton Moskvadan "taxıl müqaviləsi”nin uzadılması şərtlərinin daha aydın izah olunmasını istəyib. 
Qaynarinfo xəbər verir ki, ABŞ Dövlət Departamentinin sanksiya siyasətinin koordinatoru Ceyms O'Brayenin sözlərinə görə, ABŞ Rusiya Federasiyasının tələblərinin yerinə yetirilməsinə kömək etməyə hazırdır.
Dövlət Departamentinin saytında dərc olunmuş bəyanatında O'Brayen, "İlk növbədə, Rusiya nə tələb etdiyini aydınlaşdırmalıdır" deyib. O əlavə edib ki, Moskva bir sıra müxtəlif tələblər irəli sürür. "Bunların hamısı Rusiyanın müxtəlif qurumlarının özəl sektordan xidmət ala bilməməsi ilə bağlıdır. Biz də bu işlərdə kömək etməyə hazır olduğumuzu açıqladıq. Bununla belə, Rusiyanın nəyi uğur hesab etdiyi bəlli deyil”, - Kommersant” O’Brayendən sitat gətirib.
Diplomat həmçinin qeyd edib ki, Rusiyanın problemləri Qərbdə "özəl sektorda” təchizatçılarla çətinlik çəkən Rusiya Federasiyasından olan "konkret kommersiya təşkilatları” ilə bağlıdır. Dövlət Departamentinin fikrincə, bu, həmişə ABŞ-ın siyasəti ilə əlaqəli deyil.
O'Brayen əlavə edib ki, 2022-ci ildə Rusiya Federasiyası rekord həcmdə - təxminən 62 milyon ton taxıl ixrac edib ki, bu da "əvvəlki illərin hər birindən" 10-15% çoxdur. Bu, razılaşmaların yaxşı işlədiyinin göstəricisidir, deyən O'Brayen əlavə edib ki, "Rusiyanın şikayətləri çox yaxşı işləyən bir sistemlə bağlı kiçik şikayətlər kimi görünür", - deyib.
Alpər