
Müsavat Partiyasının başqanı Arif Hacılı Azərbaycan ərazisində yerləşdirilən Rusiya "sülhməramlıları"nın məqsədlərini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, partiya başqanı "sülhməramlıılar"ın əsas məqsədinin Azərbaycan dövlətini və azərbaycanlı əhalini Yuxarı Qarabağ ərazisinə buraxmamaq olduğunu bildirib:
"1. Yuxarı Qarabağ ərazisini ermənilərlə məskunlaşdırmaq;
2. Çoxcsaylı ermənilərin Qarabağ ərazisinə gəlməsini təmin etmək üçün burada Ermənistanda olduğundan daha üstün yaşayış şəraiti yaratmaq;
3. Azərbaycan dövlətini və azərbaycanlı əhalini Yuxarı Qarabağ ərazisinə buraxmamaq;
4. Türkiyənin Qarabağ nizmlanmasında tərəf kimi iştirakına, həmçinin Güney Qafqazda təsirinin artmasına imkan verməmək;
5. Region dölətlərinin avtoritar Rusiyadan asılı olmayan azad, demokratik inkişafının qarşısını almaq;
6. Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmaqdır”.
Arif Hacılı qeyd edib ki, dövlət və millət olaraq buna seyrçi qalmamalıyıq:
"Azərbaycan ərazisində tarix boyu yalnız Azərbaycan üçün yox, bütün region üçün təhlükə mənbəyi olacaq ikinci erməni dövlətinin yaranmasına imkan verməməliyik".
Bahar Rüstəmli