Xəbər lenti

Müsavat dairə seçki qərargahları yaradır
Siyasət12:44 04.06.2013

Müsavat dairə seçki qərargahları yaradır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Müsavat Partiyasının başqanı, partiyanın prezidentliyə namizədi İsa Qəmbərin Mərkəzi Seçki Qərargahının iclası keçirilib. 

Toplantıda bildirilib ki, artıq bölgələrdə dairə seçki qərargahlarının (DSK) formalaşmasına start verilib. Belə ki, Səbail və Xətai və eləcə də bir neçə rayonda DSQ-ı yaradılıb.  

Toplantıda digər bölgələrdə DSQ-nın formalaşdırılması prosesinin sürətləndirilməsinə dair tapşırıqlar verilib. 

Növbəti toplantı iyunun 11-i saat 14:00-a təyin olunub.

Qaynar.info