Xəbər lenti

Müsavat referendumla bağlı sənədləri MSK-ya təqdim etdi
Siyasət10:45 04.08.2016

Müsavat referendumla bağlı sənədləri MSK-ya təqdim etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müsavat Partiyasının təşəbbüsü ilə yaradılan “Respublika” təşəbbüs qrupunun sənədləri bu gün Mərkəzi Seçki Komissiyasına təhvil verilib.

Bu haqda “Basta”ya Müsavatın Seçki Qərargahının sədri Gülağa Aslanlı məlumat verib.

Gülağa Aslanlı xatırladıb ki, Müsavat Partiyası İlham Əliyevin Konstitusiyaya təklif etdiyi əlavə və düzəlişlərin əleyhinə təbliğat aparmaq üçün qanunvericilikdə nəzərdə tutulan hüquqlardan maksimum yararlanmaq naminə “Respublika” təşəbbüs qrupunun yaradılmasına qərar verib. Təşəbbüsçülərin sırasında müsavatçılarla yanaşı, bitərəflər, D 18 Gənclər Hərəkatı və digər təşkilatların da nümayəndələri var.

Qaynarinfo.Az