Xəbər lenti

Müsavatdan Leyla Yunusla bağlı bəyanat
Siyasət13:07 29.04.2014

Müsavatdan Leyla Yunusla bağlı bəyanat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müsavat Partiyası Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusla bağlı bəyanat verib.

Partiyanın mətbuat xidmətindən musavat.com-a daxil olan məlumata görə, bəyanatda deyilir:

Jurnalist Rauf Mirqədirovun siyasi motivli həbsindən sonra bu hadisəyə görə həbs ediləcəyini ehtimal edən hüquq müdafəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru, Fransa Şərəf Legionu Kavaleri Ordeni və Almaniyanın Teodor Hakker adına mükafatları laureatı Leyla Yunusa və onun həyat yoldaşı politoloq Arif Yunusa qarşı başlanan təzyiqlər dünən axşamdan daha geniş vüsət alıb. 

Xəstəxanada müalicə alan Arif Yunusun oradan çıxarılması, xəstə olduğu halda Leyla Yunusla birgə prokurorluğa çağırılması, xaricə yola düşərkən saxlanılmaları Arif Yunusun sağlamlığının daha da pisləşməsinə və onun yenidən xəstəxanaya yerləşdirilməsinə səbəb olub. 

Leyla Yunusa qarşı hüquq-mühafizə orqanları nümayəndələrinin qeyri-insani rəftarı barəsində sosial şəbəkələrdə yayılan məlumatlar, xüsusən onların əxlaqa zidd hərəkətləri hakimiyyətin bütün sərhədləri keçməsini sübut edir. Prokurorluqda dindirilən Leyla Yunusa qarşı heç bir cinayət əməlinə dair sübut təqdim edilmədiyi halda ondan ölkəni tərk etməmək haqqında xəbərdarlığa imza  tələb olunması hüquqi nihilizmdir. 

Müsavat Partiyası Arif və Leyla Yunusa qarşı həyata keçirilən qeyri-qanuni hərəkətləri pislədiyini bəyan edərək, bu biyabırçılığa son qoyulmasını, onlara qarşı qanunsuz hərəkətlərə yol verənlərin qanunauyğun şəkildə cəzalandırılmasını tələb edir.

29 aprel 2014-cü il