AXCP-nin sədr müavini: “Xaliq Bahadırın fikirlərini ciddiyə almırıq”Müsavat Partiyası başqanının müşaviri: “Onun dediklərinə cavab vermək fikrim yoxdur”AXCP Rəyasət Heyətinin üzvü Xaliq Bahadır Xaliq Bahadır “Reytinq” qəzetinə müsahibəsində Müsavat Partiyasının başqanı İsa Qəmbəri, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılını və AXCP sədri Əli Kərimlini ittiham edib. X.Bahadır deyib ki, oyunçular ayrı olsaydı, bəlkə də Milli Şuradan nəsə gözləmək olardı: “Son 20 ildə birliklər yaradan, sonradan həmin birlikləri dağıdan, axırıncı dəfə İctimai Palatanı bitirən adamlar Milli Şuranı da o günə salacaqlar. Azərbaycan müxalifətində mütəşəkkil cinayətkar dəstə formalaşıb. Həmin dəstə yaradılan birlikləri dağıda-dağıda gedir. O dəstə yenə bütünlüklə Milli Şuraya gedəcək, orda da öz "işlərini" görəcək”.
X.Bahadır qeyd edib ki, Əli Kərimli də həmin dəstəyə qoşulub: “Əli Kərimli 2010-cu ilin yayında tələyə düşüb. Daha doğrusu, İsa Qəmbər qruplaşması Əli Kərimlini tələyə salıb”.
Xaliq Bahadırın dediklərinə istər AXCP, istərsə də Müsavat cavab vermədi. Tərəflər birmənalı şəkildə susdular.
AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı onun dediklərini ciddiyə almadığını deyib: “Xaliq Bahadırın fikirlərini ciddiyə almırıq. Siz də ciddiyə almayın”.
Müsavat başqanının müaşviri Mustafa Hacıbəyli də X.Bahadıra cavab vermək istəmədi: “Xaliq Bahadırın müsahibəsi ilə tanış deyiləm. Bütün hallarda onun dediklərinə cavab vermək fikrim yoxdur”.
İlkin
Qaynar.info