Xəbər lenti

Nadir Qafarzadə yol hərəkət qaydasını belə pozdu - FOTO
Maqazin12:58 06.02.2017

Nadir Qafarzadə yol hərəkət qaydasını belə pozdu - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müğənni Nadir Qafarzadə yol hərəkət qaydalarını kobud şəkildə pozub.
Bununla bağlı sosial şəbəkə istifadəçiləri şəkillər paylaşıb. Şəkildən görünür ki, o, idarə etdiyi 90 BŞ 777 nömrəli avtomobili yolun hərəkət hissəsində saxlayıb.
Müğənninin köməkçisi Bəşir Xıdırov aznews.az-a açıqlamasında 90 BŞ 777 nömrəli maşının Nadir Qafarzadəyə məxsus olduğunu təsdiqləyib:
“Nadir həmişə qayda-qanuna, yol hərəkət qanunlarına əməl edən müğənnidir. Ola bilsin harasa tələsir, ya da saxlamaq üçün yer olmayıb. Ya da vaxt məhdudiyyəti yaranıb. Bu, hər bir vətəndaşın başına gələ bilər.”
Qaynarinfo.Az