Xəbər lenti

Nahidə türk ərindən boşandı - 10 dəqiqəlik məhkəmə
Foto 14:45 25.12.2023

Nahidə türk ərindən boşandı - 10 dəqiqəlik məhkəmə

Müğənni Nahidə Babaşlı həyat yoldaşı Serkan Küçükcyelandan ayrılıb. 

OLAY-ın əldə etdiyi məlumata görə, Nahidə ilə Türkiyə vətəndaşı olan Küçükceylan boşanma qərarı alıb.

Cütlük 10 dəqiqə davam edən məhkəmədə 2 illik evliliklərini bitiriblər. Nahidə Küçükceylandan hansısa təzminat, ya da aliment istəməyib.

Xatırladaq ki, Nahidə pandemiya dövründə gizli evlənmişdi. Onlar toy etməmiş, sadəcə nikah bağlamışdılar. Sənətçi evliliyini gizli saxlayırdı. Həyat yoldaşı Nahidəylə fotolarını yaysa da, müğənni heç bir paylaşım etmirdi.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->