Nardaranda ayağı su nasosunda qalan azyaşlı ölüb.
Bu barədə Qaynarinfo-ya FHN-in Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, əməliyyat sona çatıb. Xilasedicilər, habelə təcili tibbi yardım briqadası tərəfindən görülən operativ tədbirlərə, o cümlədən reanimatoloji müdaxilələrə baxmayaraq, 2022-ci il təvəllüdlü A.Abdullayevin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
22:38
Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində hovuzda uşağın ayağı su nasosunda sıxılı vəziyyətdə qalıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunublar.
Hazırda FHN qüvvələri tərəfindən əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
Şərhlər