NATO Rusiya tərəfindən Ukraynaya qarşı müharibədə Şimali Koreyadan aldığı köməyə reaksiya verməlidir.
Qaynarinfo xəbər verir ki, bunu Litvanın prezidenti Gitanas Nauseda X sosial şəbəkəsindəki səhifəsində
North Korean troops are helping Russia in its war on #Ukraine. #NATO must respond by giving 🇺🇦 all it needs to win:
- Long-range missiles
- Permission to strike military targets in Russia
- Increased military aid
Hesitation leads to escalation, not the other way around.
— Gitanas Nausėda (@GitanasNauseda)
October 28, 2024
">bildirib.
Onun sözlərinə görə, NATO Ukraynaya qalib gəlməsi üçün lazım olan bütün dəstəyi, o cümlədən uzaq məsafəli raketləri təqdim etməlidir. Həmçinin, Alyans Rusiyanın hərbi hədəflərinə zərbələr endirməyə icazə verməlidir.
Nauseda, NATO-nun üzv ölkələrinin Ukraynaya hərbi yardımını artırmalı olduğunu əlavə edib.
"Qərarsızlıq gərginliyin artmasına səbəb olur, əksinə deyil", - o vurğulayıb.
Əvvəlki məlumatlara görə, 47-ci əlahiddə mexanikləşdirilmiş briqadanın mətbuat nümayəndəsi Anastasiya Blişik bildirib ki, briqadanın döyüşçüləri Rusiyanın Kursk bölgəsində aktiv hücum fəaliyyətləri aparır və KXDR ordusunun ortaya çıxmasına hazırlaşırlar. Onun sözlərinə görə, Ukrayna kəşfiyyatı hazırda bu vəziyyəti nəzarətdə saxlayır.
Eyni zamanda, NATO-nun baş katibi Mark Rutte bildirib ki, alyans cəbhədə şimali koreyalı hərbçilərin olması səbəbindən Ukraynaya dəstəyi artıracaq. O, Rusiya ilə KXDR arasında hərbi əməkdaşlığın dərinləşməsinin Sakit Okean və Avroatlantik bölgələrinin təhlükəsizliyinə təhdid olduğunu qeyd edib.
Alpər
Şərhlər