Xəbər lenti

Nazir Ramiz Mehdiyevin qohumunu işdən çıxardı, yeni vəzifə verdi
phrase_var_qaynar. 13:16 30.07.2024

Nazir Ramiz Mehdiyevin qohumunu işdən çıxardı, yeni vəzifə verdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətində daha bir kadr dəyişikliyi baş tutub. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Dövlət Yanğından Mühafizə Xidmətinin Maliyyə İdarəsinin rəisi polkovnik Elvin Xanlar oğlu Mehdiyev vəzifədən azad edilib. 

Nazir onu başqa vəzifəyə keçirib. 

Qeyd edək ki, polkovnik Elvin Mehdiyev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qohumudur. Ramiz Mehdiyevin oğlu, general-mayor Teymur Mehdiyev isə fövqəladə nallar nazirinin müavinidir.

Onu da əlavə edək ki, Elvin Mehdiyev əvvəllər Dövlət Gömrük Komitəsində də yüksək vəzifədə çalışıb və daxili xidmət polkovnik-leytenantıdır.

Əhməd

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->