Xəbər lenti

"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)
Ölkə11:44 02.11.2026

"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir... Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…

Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətta qatı duman formasında hər yerdən aydın görünür. Bu isə ətrafda yaşayan sakinlər üçün narahatlıq yaradır.

Kanalın əməkdaşları görüntülərin qeydə alındığı ünvana yollanıb. İaşə obyektinin inzibatçısı Anar Məmmədov əvvəlcə operatorla birgə müəssisənin damına qalxıb. Müəssisənin inzibatçısı bildirib ki, müvafiq qurumlar da mütəmadi olaraq restoranda monitorinq aparıb.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, məsələ araşdırılacaq.