
“Qarabağ bülbülləri” ansamblının üzvü, xanəndə Araz Hüseynov (Ağdamlı) xəstəxanadan evə buraxılıb.
Xanəndə Qaynarinfo-ya açıqlamasında səhhətindəki problemlərin hələ də davam etdiyini bildirib:
“Bir neçə gündür evdəyəm. Amma səhhətim tam düzəlməyib, müəyyən problemlər qalmaqdadır. Müalicəm ev şəraitində davam edir”.
Qeyd edək ki, “Qarabağ bülbülləri” ansamblının üzvü Araz Hüseynov oktyabrın 2-də infarkt keçirib.
Bahar Rüstəmli