Xəbər lenti

"Neftçi"nin ilk transferi qapıçı oldu
İdman15:49 28.06.2023

"Neftçi"nin ilk transferi qapıçı oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neftçi” mövsümlərarası dönəmdə ilk transferini rəsmiləşdirib.
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Neftçi”nin yetirməsi olan Azərbaycan milli komandasının üzvü Emil Balayev ilə 2 illik müqavilə bağlanıb. 29 yaşlı qapıçı komandamızın heyətində 12 nömrəli formanı geyinəcək.
Sonuncu klubu "Səbail” (2017-2018, 2022-2023) olan Balayev "Neftçi”dən (2011-2014) başqa "Sumqayıt” (2011-2012), "Araz Naxçıvan” (2013-2014), "Ayntraxt” (Frankfurt, Almaniya; 2015-2016), "Qarabağ” (2016-2017, 2020-2022), "Tobol” (Qazaxıstan; 2019), "Zirə” (2020) və "Turan”da (Qazaxıstan; 2022) çıxış edib.
O, Azərbaycan çempionatının (2013, 2020) və kubokunun (2013) qalibi olub, Azərbaycanın ən yaxşı futbolçusu seçilib (2019). Qapıçı millimizin heyətində 15 oyunda meydana çıxıb.
Səbuhi Həsənov