Xəbər lenti

Nəticələr açıqlandı - Aralıqlı oruc digər pəhrizlərdən effektli deyilmiş
Sağlamlıq 18:22 16.02.2026

Nəticələr açıqlandı - Aralıqlı oruc digər pəhrizlərdən effektli deyilmiş

Aralıqlı orucun çəki itirilməsində ənənəvi pəhrizlərdən daha effektiv olmadığını açıqlanıb.
 
Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri "Cochrane Library" nəşrində dərc olunub.
 
Araşdırma zamanı 2016–2024-cü illər ərzində Şimali Amerika, Avstraliya, Çin, Danimarka, Almaniya, Norveç və Braziliyada aparılan 22 klinik tədqiqatın nəticələri təhlil edilib. Ümumilikdə 1995 yetkin şəxsin iştirak etdiyi araşdırmada aralıqlı oruc tətbiq edənlərlə kalori məhdudiyyətinə əsaslanan ənənəvi pəhriz saxlayanların nəticələri müqayisə olunub.

Məlum olub ki, həftədə iki gün oruc tutulmasına əsaslanan "5:2” üsulu və zaman məhdudiyyətli qidalanma kimi metodlardan istifadə edənlər, ənənəvi pəhriz saxlayanlarla təxminən eyni çəki itiriblər. Tədqiqatda çəki itkisi baxımından statistik əhəmiyyətli fərq qeydə alınmayıb və nəticələrin klinik baxımdan mühüm sayılan 5 faiz göstəricisindən aşağı olduğu bildirilib.

Araşdırmada aralıqlı orucun həyat keyfiyyətini digər pəhrizlərlə müqayisədə əhəmiyyətli dərəcədə artırdığına dair güclü sübut da aşkar edilməyib. Bununla belə, bu üsulun bəzi insanlar üçün davamlı seçim ola biləcəyi qeyd olunub.

Tədqiqatın aparıcı müəllifi, Buenos-Ayresdə yerləşən Cochrane Associate Centre-ın direktoru doktor Luis Garegnani bildirib ki, aralıqlı oruc möcüzəvi həll yolu deyil, lakin çəkiyə nəzarət üçün mövcud variantlardan biri hesab oluna bilər.

Günay
--> -->