Niderland yaydan sonra koronavirus əleyhinə daha bir doza buster peyvəndləməyə hazırlaşır.
Qaynarinfo "Euractiv” saytına isitnadla xəbər verir ki, bu barədə səhiyyə naziri Ernst Kuipers
bildirib.
Səhiyyə naziri Ernst Kuipers bələdiyyə səhiyyə xidmətindən və Milli İctimai Sağlamlıq və Ətraf Mühit İnstitutundan yaydan sonra əlavə bir gücləndirici doza peyvəndləməyə hazırlaşmağı xahiş edib.
Ernst yayın sonunda bu qurumlara yeni COVID-19 peyvəndi kampaniyası üçün tibb işçilərini işə götürmək və öyrətməklə bağlı icazə verib.
Peyvənd ilk olaraq daha həssas qruplara vurulacaq, ancaq hökumət eyni zamanda 18 yaşdan yuxarı hər adamın buster doza alacağı senariyə də hazırlaşır.
Hollandiyada ötən həftə COVID-19-a yoluxma sayı 34,145-ə yüksəlib.
"Hazırda infeksiyaların artdığını görürük və buna görə də prosesi yaxından izləyirik. Artıq peyvəndlərin əlavə raundu üçün indi heç bir səbəb yoxdur, lakin bu, il ərzində mümkün görünür. Ona görə də mən qeyd edilən qurumlardan lazım gələrsə, tez bir zamanda işə başlamağa hazır olmaları üçün xahiş etdim. Ehtiyat üçün”, - deyə Ernst bildirib.
Nurlan Hüseynov