Xəbər lenti

Nikol Paşinyan KTMT-nin sammitində iştirak etməyəcək
Dünya09:03 14.11.2023

Nikol Paşinyan KTMT-nin sammitində iştirak etməyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın baş nazir Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sessiyasında iştirak etməyəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə N.Paşinyan Belarus lideri Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı deyib.
Onlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının noyabrın 23-də Belarusun paytaxtı Minskdə keçiriləcək sessiyasının təşkili ilə bağlı məsələləri müzakirə edib.
O, KTMT üzrə tərəfdaşların bu qərarı anlayışla qarşılayacaqlarına ümid etdiyini qeyd edib.