Xəbər lenti

Növbə Sülhəddin Əkbərə çatdı
Siyasət10:34 03.07.2023

Növbə Sülhəddin Əkbərə çatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azad Demokratlar Partiyası da fəaliyyətini dayandıra bilər.
Bu barədə Qaynarinfo-ya adıçəkilən partiyadan məlumat verilib.
Məlumatda bildirilir ki, təşkilat "Siyasi partiyalar haqqında” qanunun tələblərinə uyğun olaraq qeydiyyat üçün lazım olan 5 min üzvün imzasını toplamaqda çətinlik çəkir. Bu baxımdan, yaxın günlərdə partiyada toplantı keçiriləcək və təşkilatın fəaliyyətini davam etdirib-etdirməyəcəyi barədə qərar veriləcək. 
Xatırladaq ki, Azad Demokratlar Partiyası 2013-cü ilin dekabrında yaradılıb. Partiyanın sədri milli təhlükəsizlik nazirinin müavini olmuş Sülhəddin Əkbərdir.
Bahar Rüstəmli