Xəbər lenti

"O an hiss etdim ki, atamı heç vaxt görməyəcəyəm" - Əzizə Mustafazadə
Sənət18:47 16.12.2023

"O an hiss etdim ki, atamı heç vaxt görməyəcəyəm" - Əzizə Mustafazadə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xalq artisti Əzizə Mustafazadə atası, əfsanəvi caz ifaçısı Vaqif Mustafazadə ilə bağlı paylaşım edib.
Qaynarinfo xəbər verir ki, o, atasının vəfatının 44-cü ildönümü olduğunu vurğulayıb. Ə.Mustafazadə atası ilə son danışığını belə xatırlayır:
"16 dekabr 1979-cu il... Vaqifsiz 44 il. Zaman sağaltmır... Atamla sonuncu dəfə 1979-cu ilin dekabrın 15-də danışdığımı xatırlayıram. Söz verdi ki, ad günümdə (19 dekabr - red.) gələcək. Amma inanmadım. Hələ səfərdən əvvəl, güzgü sınanda hiss etdim ki, atamı heç vaxt görməyəcəyəm...”