Xəbər lenti

Olaf Şoltsun partiyasında liderlik uğrunda mübarizə başladı
Dünya 23:55 25.02.2025

Olaf Şoltsun partiyasında liderlik uğrunda mübarizə başladı

Bundestaqa erkən seçkilərdə üçüncü yeri tutan Almaniya Sosial Demokrat Partiyasında (SPD) müdafiə naziri Boris Pistorius və partiyanın həmsədri Lars Klinqbeyl arasında liderlik uğrunda mübarizə başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bild" mənbələrə istinadən yazır.

Belə ki, Boris Pistorius artıq gələcək kansler və Xristian Demokrat İttifaqının (CDU) rəhbəri Fridrix Merzə qarşıdakı illərdə müdafiəyə 100 milyard avrodan çox sərmayə yatırmaqla (ÜDM-in 3%-dən çoxu) büdcə vəsaitinin artırılmasını təklif edib. O, Almaniya üçün Alternativ və solçu partiyalarının nümayəndələri bu təşəbbüsü əngəlləyə bilməzdən əvvəl hazırkı parlament vasitəsilə bu təşəbbüsü əldə etmək niyyətindədir.

"Bild"in yazdığı kimi, Lars Klinqbeyl bu arada partiyanın həmsədri postunu saxlamaqla SPD parlament fraksiyasına rəhbərlik etməyə can atır. Bununla belə, tabloid qeyd edir ki, Klinqbeyl Olaf Şoltsun SPD tərəfindən kanslerliyə namizəd kimi irəli sürülməsinin qarşısını almağa uğursuz cəhd edib ki, bu da partiyanın məğlubiyyətini nəzərə alaraq onun mövqeyini zəiflədir.

SPD-nin Bundestaq seçkilərində qalib gələn Xristian Demokrat və Xristian Sosial Birlik (CDU/CSU) bloku ilə hakim koalisiyada tərəfdaş olacağı gözlənilir. Fridrix Merz fevralın 24-də koalisiya danışıqlarına başladığını elan edib. Olaf Şolts seçkilərdən əvvəl yeni hökumətin tərkibində olmayacağını açıq şəkildə bildirmişdi.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->