Xəbər lenti

İdman 18:45 14.08.2023

Olimpiya Oyunlarına görə otellərin qiymətləri 10 dəfə bahalaşdı

Fransanın paytaxtı Parisdə 2024-cü il Olimpiya Oyunlarının keçiriləcəyi tarixlər üçün otel qiymətlərində hədsiz artımlar müşahidə olunub.

Qaynarinfo-nun məlumatına görə, bəzi bölgələrdə otellərin qiymətləri 10 dəfəyə qədər artırılıb. Ölkə mətbuatında yer alan xəbərə görə, gələn il 26 iyul-14 avqust tarixlərində Parisdə keçiriləcək Olimpiya Oyunları öncəsi şəhərdəki otellərə sıx-sıx öncədən sifariş müraciətləri gəlir.
 
Paytaxtın bəzi yerlərində mehmanxana rəhbərləri yüksək tələbatı fürsətə çevirərək, təşkilatın keçiriləcəyi dövr üçün otel qiymətlərini 10 dəfəyə qədər artırıblar. Paris Olimpiadasını əhatə edən tarixlər üçün otellərin 20 faizi artıq dolmaq dərəcəsinə çatıb. Öncədən edilən sifarişlərin isə ödənişləri geri qaytarılmadan əvvəlcədən ödənilir. Paytaxtdakı bəzi otellər bu ilin iyul-avqust ayları üçün 200 avro civarında olan otaq qiymətləri gələn ilin eyni tarixləri üçün təxminən 2000 avro ətrafında müəyyənləşdirilib. Paris ətrafındakı şəhərlərlə yanaşı, ölkənin sahilyanı hissələrində də otel qiymətləri xeyli artıb. Marseldəki bəzi otellərdə gecələmə haqları dörd, Lionda isə yeddi dəfə artırılıb. Turistlər, qiymətlərin həddindən artıq olmasının yalnız bir qrup insanın qalmasına imkan verəcəyi səbəbiylə narazılıqlarını bildirirlər. 

Parisdə yerləşdirmə xidməti verən 12 müəssisədə bu il 5-6 Avqust tarixlərində səhər yeməyi də daxil gecəlik otaq qiyməti gələn ilin eyni tarixləri üçün 857 avro artıb. Qiymətlərin baha olması ilə bağlı aidiyyəti nazirliyə çoxsaylı şikayətlər göndərilsə də, problemin həlli üçün hələ də səlahiyyətli qurumların effektli çıxış yolu tapmadığı bildirilir.

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?