Xəbər lenti

“Onsuz da Mahirə qarşı kin saxlamırdım”
İdman 14:27 02.03.2025

“Onsuz da Mahirə qarşı kin saxlamırdım”

Almaniyanın "Nürnberq” klubunun baş məşqçisi Miroslav Kloze futbolçusu Mahir Emreli ilə bağlı danışıb. 

"Qafqazinfo” xəbər verir ki, Azərbaycan millisinin üzvü iki oyundan sonra klubun iştirak ərizəsinə daxil edilib. O, ötən gün 2-ci Bundesliqanın 24-cü turunda "Hannover”lə görüşün (1:2) 77-ci dəqiqəsində meydana çıxıb.

Kloze "Bild”ə açıqlamasında Mahirlə probleminin olmadığını bildirib: "Onsuz da Mahirə qarşı kin saxlamırdım. Onunla yenidən danışdıq. Mahir bununla bağlı bəyanat da yaydı. Mən bunu çox müsbət hesab edirəm. Mahir hər şeyi düşünüb və yenidən əsas heyətə daxil olmaq istəyir. Bu, son bir neçə gündəki məşqdə də özünü büruzə verdi. Biz onda açıq-aydın inkişaf gördük”.

Xatırladaq ki, Mahir Emreli bundan əvvəlki 2 çempionat matçında iştirak ərizəsində yer almayıb. Almaniya mediası bunu onun Cənubi Koreyanın "Seul” klubuna keçmək istəyi ilə əlaqələndirmişdi. Emreli özü isə 3 gün əvvəl "Nürnberq”də qalacağını açıqlayıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->