Xəbər lenti

Pandemiyanın alovlanması: Azərbaycan üçün də belə bir təhlükə varmı?
Sağlamlıq08:21 12.04.2022

Pandemiyanın alovlanması: Azərbaycan üçün də belə bir təhlükə varmı?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"May ayında gözlənilən bir varinatdır, Azərbaycan üçün də belə bir təhlükə var”.
Bunu Qaynarinfo-ya açıqlamasında həkim-infeksionist Namiq Nəbiyev Çində koronavirusun yeni yoluxma sayının 27 mini keçməsi ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. 
O bildirib ki, bu səbəbdən də maskadan istifadə ilə bağlı qaydalar və şərtlər qüvvəsində qalmalıdır:
"Bu barədə dəfələrlə məlumat verilib. Bütün günü virusun azalması haqqında məlumat gedir, amma azalma o demək deyil ki, maska taxmaqdan imtina edək. Pandemiyanın bitməsi mənə elə gəlir ki, müəyyən vaxt aparacaq. Onun üçün qapalı məkanlarda maskadan istifadə olunması qaydası davam etdirilməlidir”.
Namiq Nəbiyev vətəndaşların vaxtında peyvənd olunmasının tərafdarı olduğunu vurğulayıb.
Bahar Rüstəmli