Xəbər lenti

Papa Fransis rahibələrə qarşı cinsi istismar faktını etiraf etdi
Dünya11:38 06.02.2019

Papa Fransis rahibələrə qarşı cinsi istismar faktını etiraf etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Papa Fransis rahibələrə qarşı törədilən cinsi zorakılıq faktlarından danışıb.
Qaynarinfo xəbər verir ki, Papa Birləşmiş Ərəb Əmirliklərinə etdiyi tarixi səfərdən dönərkən jurnalistlərin suallarına cavab verib. Katolik Kilsəsinin rəhbəri rahibələrin rahiblər tərəfindən cinsi istismara məruz qaldığını etiraf edib. Papa Fransis "Bu tip istismarlar hələ də davam edir. Problemin həlli üçün çalışırıq, lakin hələlik tam aradan qaldırmaq mümkün olmayıb.", - deyə bildirib. 
Qeyd edək ki, Katolik kilsəsi son dövrlərdə cinsi zorakılıq faktları ilə gündəmdədir.
Gülşən