Xəbər lenti

Paradda Ərdoğandan ciddi mesajlar gözlənilir - Politoloq
Siyasət09:07 10.12.2020

Paradda Ərdoğandan ciddi mesajlar gözlənilir - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə prezidenti Qələbə Paradındakı çıxışında Azərbaycan hərbi ittifaqının güclənməsi ilə bağlı mesajlar verə bilər.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan eyni zamanda Azərbaycandan Avropa İttifaqına da mesaj göndərəcək:
"Bu gün Avropa İttifqaının Brüsseldə toplantısı keçiriləcək. Həmin toplantıda Türkiyəyə qarşı sanksiyalar məsələsi müzakirə olunacaq. Yəqin ki, Türkiyə prezidentinin çıxışında Avropa İttifaqına da bir cavabı olacaq. Çünki orada məsələ qaldırıblar ki, Yunan Kipri, Fransa Türkiyənin əleyhinə rəsmi qərar qəbul etdirməyə çalışırlar. Amma bəzi Avropa dövlətləri tərəddüd içərisindədir. Görünür, Rəcəb Tayyib Ərdoğan həm də bugünkü paradda onlara da cavab verəcək”.
Bahar Rüstəmli