Xəbər lenti

Parlamentin ən uzunömürlü deputatı yenidən namizəd oldu
Siyasət16:17 04.09.2015

Parlamentin ən uzunömürlü deputatı yenidən namizəd oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu il Azərbaycanda noyabr 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı namizədlərin irəli sürülməsi prosesi davam edir. 

Hazırda millət vəkili olan, həmçinin builki seçkilərdə namizəd olacaq bəzi nüfuzlu insanlar isə hakim Yeni Azərbaycan Partiyasının (YAP) açıqlayacağı siyahını gözləyirlər. 

“Qafqazinfo”ya daxil olan məlumata görə, YAP-ın siyahsını gözləmədən öz namizədliyini açıqlayan şəxslər də var. Onlardan biri də parlamentin ən uzunömürlü deputatlardan biri Hacı Madər Musayevdir.

Hacı Madər artıq sənədlərini MSK-ya təqdim edib. O, bitərəf deputat kimi hazırda təmsil olunduğu 10 saylı Binəqədi 3 saylı seçki dairəsindən namizədliyini irəli sürübş

Qeyd edək ki, Hacı Madər Musayev Azərbaycanda ən çox parlemantari təcrübəsi olan deputatlardan biridir. O, 2 çağırış SSRİ Ali Soveti dövründə, 4 çağırış isə Azərbaycan Milli Məclisinə deputat seçilib. 

Maraq üçün bildirək ki, Hacı Madərin Müsavatdan rəqibi Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlıdır.

Qaynar.info