Xəbər lenti

Paşinyan ikinci gündür Putinlə danışa bilmir
Siyasət11:32 20.09.2023

Paşinyan ikinci gündür Putinlə danışa bilmir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İrəvandakı (Ermənistan) üç mənbə 
Ermənistanın baş naziri Nikol Paşinyanın iki gündür Rusiya prezidenti Vladimir Putinlə danışa bilmir.
Qaynarinfo xəbər verir ki, bu barədə İrəvandakı üç mənbəyə istinadən "The Kremlin ru” Teleqram kanalı yazır.
"Kreml Putinlə telefon danışığı tələblərinə məhəl qoymadı. Bu, Ermənistan rəhbərliyində belə bir təəssürat yaratdı ki, Rusiyanın "Artsaxdakı” (Azərbaycanın Qarabağ bölgəsi nəzərdə tutulur  - red.) hərbi əməliyyatlarla bağlı mövqeyi yoxdur”, – İrəvandakı mənbə bildirib. 
Ermənistanın hakim partiyasının anonimlik şərti ilə deputatları bildiriblər ki, "Rusiya kontingenti atəşkəsə riayət etmək üzrə öhdəliklərini yerinə yetirməkdən imtina edib və Azərbaycanla əlaqə saxlayır. Ərdoğan Kremlə təzyiq edir. Rusiyanın özünün aydın siyasəti yoxdur və Ermənistandan faktiki olaraq imtina edib”.
Dmitri Peskov bildirib ki, Putinlə Paşinyan arasında söhbət hazırlıq mərhələsindədir; ola bilsin bu gün baş tutacaq.
"Rusiya Azərbaycan ordusuna "Artsaxdakı” strateji mövqelərə nəzarət etməyə imkan verərək zamanla oynayır. Ona görə də İrəvan Rusiyadan dəstək gözləmir. Paşinyan hazırda Rusiyadan qətliamların qarşısını almaq üçün "Artsaxda” nəzarəti təmin etməyi xahiş edir. Paşinyan həmçinin Moskvadan tələb edir ki, ölkədə Ermənistanın legitim hakimiyyətini devirməyə yönəlmiş destruktiv fəaliyyəti dayandırsın. Paşinyan Putindən istəyir ki, Azərbaycan ordusu Ermənistan sərhədini keçərsə, KTMT hərbi bloku hərbi yardımdan istifadə ediləcəyini bəyan etsin”, – ölkənin baş nazirinə yaxın mənbə deyir.
Nizami Bağırov