Xəbər lenti

Paşinyan Putinə zəng etdi: Qarabağ və sərhəd müzakirəsi
Siyasət16:45 08.08.2022

Paşinyan Putinə zəng etdi: Qarabağ və sərhəd müzakirəsi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub
Qaynarinfo xəbər verir ki, bu barədə Kremlin saytında yerləşdirilən məlumatda deyilir.
Onlar Qarabağda vəziyyətin inkişafı, eləcə də Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin edilməsi məsələlərini müzakirə ediblər.
"Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə olunub. Bu kontekstdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-ci il 10 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin bütün müddəalarının həyata keçirilməsinin vacibliyi təsdiq edilib", - deyə məlumatda qeyd olunur.