Xəbər lenti

Paşinyan və Qarabağ klanı: Siyasi savaşda kim qalib gələcək?
Dünya 15:28 24.05.2025

Paşinyan və Qarabağ klanı: Siyasi savaşda kim qalib gələcək?

"Kim daha çox həyasızlıq göstərsə, o da qalib gələcək".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Ermənistanda seçki ərəfəsi baş nazir Nikol Paşinyanla "Qarabağ klanı" arasında kəskinləşən mübarizədə kimin qalib gələcəyini şərh edərkən deyib.

"Atalar sözündə olduğu kimi, "dinsizin öhdəsindən imansız gələr". Ermənistandakı proseslərə gəlincə, Paşinyan, Koçaryan və Sarksyan arasında kim daha çox həyasız olsa, o da qalib gələcək. Belədə Paşinyan digər ikisinə nisbətən daha həyasız olsa, yenə də qalib o olacaq. Qərb, Mərkəzi Kəşfiyyat İdarəsi onun arxasında durur. Habelə, Paşinyanın əlində dövlət aparatı da var. Hələlik onun üstünlüyü göz önündədir. Həyasızlığını davam etdirsə, Paşinyanın qalib gəlmə şansı daha çoxdur", deyə Zərdüşt Əlizadə bildirib.
 


Qeyd edək ki, son zamanlar Ermənistanda siyasi müstəvidə çəkişmələr yenidən güclənib. Əvvəlcə sabiq prezidentlər Robert Koçaryanla Serj Sarksyan Paşinyana qarşı hücuma keçərək onun qərbpərəst siyasətini kəskin tənqid etdilər. İndi isə Paşinyan keçmiş prezidentlərə qarşı əks hücuma keçib. 

Serj Sarksiyana qarşı daha bir iş məhkəməyə göndərilib. O, rüşvətdə ittiham olunur. Antikorrupsiya komitəsinin məlumatına görə, 2008-ci ilin fevralında baş nazir vəzifəsində çalışdığı dövrdə Sarksyan böyük köməkçisi ilə birlikdə (qeyri-rəsmi məlumatlara görə, bu şəxs eks-prezidentin kürəkəni Mikael Minasyandır) 2,9 milyon dollar məbləğində rüşvət alıb. Bildirilir ki, əvəzində onlar Ermənistanda qeydiyyatdan keçmiş şirkətlərdən birinin 100% səhmlərinin xarici investora satılmasına mane olmamağı öhdələrinə götürüblər.

Cinayət işi istintaqla yekunlaşdırılıb və ittiham aktı ilə məhkəməyə göndərilib.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->