Xəbər lenti

Paşinyanın yeni təklifləri nədən ibarətdir? (ŞƏRH)
Siyasət13:24 24.08.2023

Paşinyanın yeni təklifləri nədən ibarətdir? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Paşinyanın yeni təkliflər paketi vaxtı uzatmağa xidmət edir”. 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Politoloq vurğulayıb ki, qarşıdan danışıqların payız raundu gəlir və İrəvan ona ciddi şəkildə hazırlaşdığını, hətta təkliflərinin də olduğunu nümayiş etdirmək istəyir. 
"Xankəndidə yaşayan ermənilərlə Bakı arasında danışıqlar təklifini Azərbaycan irəli sürüb. Sadəcə  olaraq, Ermənistan tərəfi bunu formal mexanizmlər çərçivəsində həyata keçirmək istəyir. Yəni,  ermənilər bu dialoqu beynəlxalq müşahidəçilərin vasitəçiliyi qismində görür. Azərbaycan isə prosesdə beynəlxalq müşahidəçilərin olmasını doğru hesab etmir”, deyə İiqar Vəlizadə qeyd edib.
Ekspertin sözlərinə görə, İrəvan özünün təkliflər paketinin tam mahiyyətini də açıqlamır:
"Onun tam mahiyyəti yəqin ki, mətndə yer alıb. Amma inanmıram ki, bu mətndə Azərbaycanın xeyrinə hansısa bir konkret müddəalar olsun. Olsa  da, əmmalarla dolu olan sənəd olacaq. Paşinyanın  dediyi yeni təkliflər paketilə bağlı nikbin deyiləm”. 
Qeyd edək ki, baş nazir Nikol Paşinyan cümə axşamı Nazirlər Kabinetinin iclasında İrəvanın Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə yeni təkliflər paketini Bakıya təqdim etdiyini bildirib. Hökumət başçısı əlavə edib ki, Qarabağda yaşayan etnik ermənilərin hüquq və təhlükəsizliyi məsələləri Xankəndi ilə Bakı arasında aparılan danışıqlarda həll edilməlidir. 
Rüfət Sultan