Xəbər lenti

Pənah Hüseyn: "Milli Şura qalacaq" - AÇIQLAMA
Siyasət11:24 20.11.2013

Pənah Hüseyn: "Milli Şura qalacaq" - AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Demokratiya və azadlıq uğrunda mübarizə davam edir və qələbəyə kimi davam edəcək".

Bunu Qaynar.info-ya açıqlamasında İctimai Palatanın Koordinasiya Şurasının üzvü, Azərbaycan Xalq Partiyasının (AXP) sədri, sabiq Baş nazir Pənah Hüseyn seçki sonrakı siyasi mühiti şərh edərkən deyib.

İctimai Palatanın buraxılması ilə bağlı mediada gedən müzakirələrə toxunan P.Hüseyn bildirib ki, o, İP-in buraxılmasının vacib olduğunu xüsusi bir şəkildə vurğulamayıb: "Mən İctimai Palatanın buraxılmasının vacibliyini xüsusi olaraq, vurğulamamışam. Demişəm ki, Milli Şura və İctimai Palata bir-birini təkrar edir. Əgər bunlardan biri qalmalıdırsa, Milli Şura qalacaq. Bu baxımdan, yəqin, gələn sessiyalarda bu məsələyə baxılıb, qərar verilə bilər".

"Milli Şura ilə İctimai Palata bir-birinin fəaliyyətinə mane olurmu" sualına gəlincə, AXP sədri burada ciddi bir problemin olmadığını vurğulayıb: "Milli Şura daha geniş tərkiblidir və son prezident seçkiləri onun xətti ilə aparılıb. Bu gün ortalıqda olan aktual birlik, belə demək mümkünsə, Milli Şuradır. Amma bunların bir-birinə mane olduğunu deyə bilmərəm".

Elkin Xəlilov
Qaynar.info