Dünya 15:19 19.02.2024

Peskov Paşinyanla razılaşdı: Rusiya və Ermənistanın Ukrayna ilə bağlı mövqeyi...

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukraynadakı vəziyyətlə bağlı Rusiya Federasiyası və Ermənistanın mövqeləri diametral şəkildə ziddiyyət təşkil edir. 

Qaynarinfo Kommersant-a istinadən xəbər verir ki, Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanın Ukrayna məsələsində Rusiya Federasiyasını dəstəkləmədiyini bildirən bəyanatını belə şərh edib

"Ukraynada baş verənlərə və Ukrayna ətrafındakı münaqişəyə dair diametral şəkildə əks baxışlarımız var. Bu, sirr deyil. Ona görə də bu bizim erməni dostlarımızın məlum mövqeyidir. Biz bu məsələdə onlarla razı deyilik və israrla haqlı olduğumuzu izah etməyə davam edəcəyik”, – Dmitri Peskov bildirib.

Dünən, fevralın 18-də Paşinyan bildirib ki, Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil. O, Ukrayna xalqını dost xalq adlandırıb və İrəvanın vəziyyətə təsir edə bilməməsindən təəssüfləndiyini bildirib. 

Nizami Bağırov