Xəbər lenti

Dünya 14:44 10.06.2025

"Politico": ABŞ və Britaniya arasında imzalanan

Bir ay əvvəl ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Kir Starmerə 25 faizlik tariflərin azaldılması ilə "tarixi” ticarət sazişi vəd etsə də, bu tariflər hələ də qüvvədə qalır.

Qaynarinfo xəbər verir kii, bu barədə "Politico” nəşri yazır.

"Əvvəllər Ağ Ev bildirmişdi ki, bu razılaşma Trampın avtomobil, polad və alüminium kimi Böyük Britaniyanın əsas ixrac məhsullarına tətbiq etdiyi 25 faizlik tarifləri azaldacaq və bu azalmalar dərhal qüvvəyə minəcək. Ancaq bir ay keçməsinə baxmayaraq, tariflər qüvvədə qalır və onların ləğv ediləcəyi dəqiq vaxt məlum deyil”, – nəşrdə deyilir.

Bir neçə işgüzar dairə təmsilçisi "Politico”ya bildirib ki, bu tariflərin yalnız ayın sonunda tamamilə ləğv ediləcəyi gözlənilir. Lakin onların sözlərinə görə, ABŞ hökumətinin bu razılaşmanın dəqiq nə vaxt qüvvəyə minəcəyindən xəbəri olmadığı təəssüratı yaranır.

Bunu Britaniyanın sənaye naziri Sara Consun polad və alüminium sənayesi nümayəndələri ilə görüşü zamanı söylədiyi qeyd olunur. ABŞ rəsmiləri isə bildirirlər ki, sazişin tətbiqinə dair danışıqlar "tam sürətlə, amma mərhələli şəkildə” davam edir.

"ABŞ-la əldə etdiyimiz razılaşma hər iki tərəf üçün uğurludur”, – Tramp 23 mayda "Truth Social” platformasında yazıb. Lakin ötən həftə parlamentdə Starmer etiraf edib ki, 8 mayda imzalanmış ABŞ–Böyük Britaniya İqtisadi Rifah Sazişinin faktiki qüvvəyə minməsi "bir neçə həftə” çəkə bilər.

Hazırda Böyük Britaniya üçün yeganə qazanc, Trampın polad və alüminiumun qlobal idxalına tətbiq etdiyi tarifləri 50 faizə qaldırmasından sonra ölkənin hələ ki 25 faizlik səviyyədə saxlanılmasıdır. Ağ Ev bildirib ki, Britaniya hələlik 25 faiz səviyyəsində qalacaq. Ancaq Tramp 9 iyulda və ya ondan sonra Britaniyanın sazişin müvafiq şərtlərini yerinə yetirmədiyini müəyyən edərsə, Londona qarşı 50 faizlik polad tariflərini tətbiq edə bilər.

Söhbət xüsusilə də polad və digər sənaye sahələrində Çinin tədarük zəncirindən çıxarılması və amerikalı mal-qara fermerlərinə Britaniya bazarında daha böyük pay verilməsi tələbindən gedir.

Xatırladaq ki, ABŞ və Britaniya 8 may tarixində bir sıra məhsullara tətbiq edilən tariflərin azaldılması ilə bağlı sazişi elan etməli idi. Bildirilirdi ki, bu, Trampın dünyanın bir çox ticarət tərəfdaşlarına qarşı sərt tariflər tətbiq etməsindən sonra ilk bu tip razılaşma olacaq.

Qeyd edək ki, "The New York Times” daha əvvəl yazmışdı ki, Britaniyanın ABŞ və Avropa İttifaqı ilə bağladığı məhdud və şərtləri zəif olan ticarət razılaşmaları, "Brexit”dən sonrakı dövrdə ölkənin zəif mövqeyə düşdüyünün göstəricisidir. Hər iki saziş Britaniya hökumətindən ciddi güzəştlər tələb edib və London bu güzəştləri etməyə məcbur qalıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->