Xəbər lenti

"Politico": Macarıstan bir şərtlə Aİ-nin Ukraynaya yardımına vetonu ləğv edəcək
Dünya12:03 09.01.2024

"Politico": Macarıstan bir şərtlə Aİ-nin Ukraynaya yardımına vetonu ləğv edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Macarıstan Aİ-nin Ukraynaya 50 milyard avro məbləğində yardım paketinə qoyduğu vetonu ləğv etməyi təklif edir, bir şərtlə ki, maliyyələşməyə hər il yenidən baxılsın.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Üç Aİ diplomatının sözlərinə görə, Budapeşt Avropa İttifaqı Şurasının illik əsasda vəsait ayırmaq üçün səsverməni təsdiqləməsi şərti ilə vetonunu ləğv edə biləcəyini söyləyib.
Nəşrin qeyd etdiyi kimi, bu, Macarıstanın baş naziri Viktor Orbana hər il Ukraynanın maliyyələşdirilməsini əngəlləmək və ya vetodan imtina etdiyi üçün Brüsseldən güzəştlər almaq imkanı verəcək.
Materialda deyilir ki, Macarıstan bu təklifi cümə günü Aİ-nin 27 büdcə ekspertinin görüşü zamanı formalaşdırıb və müvafiq sənədi hazırda Belçikanın sədrlik etdiyi Aİ Şurasına göndərib.
Danışıqlarla tanış olan diplomatın sözlərinə görə, Macarıstanın təklifinə əsasən, Aİ Ukraynaya qrant və kredit şəklində hər il 12,5 milyard avro verəcək ki, bu da dörd il ərzində Avropa Komissiyasının təklif etdiyi 50 milyard avroya bərabər olacaq.
Əvvəllər Ukraynaya hər cür vəsaitin ayrılmasına qəti şəkildə qarşı çıxan Macarıstanın ritorikasının dəyişməsinə baxmayaraq, bəzi Aİ diplomatları bu təklifə şübhə ilə yanaşırlar.
Onlar qeyd edirlər ki, Macarıstanın təklifi Ukrayna üçün qeyri-müəyyənlik yaradacaq. 
"Aİ-nin yeddiillik büdcəsi çoxillik strukturdur, biz bunu (razılaşdırmanı – red.) hər il edə bilmərik”, – diplomatlardan biri bildirib.
Aİ-nin Ukraynaya maliyyə ayırması məsələsi Aİ səfirlərinin çərşənbə gününə planlaşdırılan görüşünün gündəminə daxildir.
Nizami Bağırov