Dünya 14:15 26.07.2022

Polşalı turistlər Ukrayna mübahisəsinə görə Türkiyədə rusları döydü

Bir qrup rus türk kurortlarından birində mehmanxanada polşalı turistlər tərəfindən döyülməsindən şikayətlənib.

Qaynarinfo xəbər verir ki, bu barədə DİP məlumat yayıb

Eyni zamanda, Kremlə yaxın Teleqram kanallarına görə, administrasiya nəinki vəziyyətə müdaxilə etməyib, hətta guya polyakları dəstəkləyib.

"İyulun 13-də bir oteldə dörd polyakdan ibarət qrup günorta saatlarında restoranda bir oğlana hücum edib. Otelin təhlükəsizlik xidməti əməkdaşları və digər işçilər baş verənləri səssizcə izləyib və davanı dayandırmağa çalışan cütlüyün fəryad və istəklərinə baxmayaraq, müdaxilə etməyiblər”, - Rusiyanın Teleqram kanallarından birində deyilir.

Döyülmüş rusların dediyinə görə, davaya səbəb Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə bağlı mübahisə olub.

Münaqişənin nəticəsi rusiyalı turistlərdən birinin qəsdən təcavüzə səbəb olduğu üçün saxlanılması olub.

Nizami Bağırov