Xəbər lenti

Polşanın Aİ-dan çıxması real təhdidə çevrilib - Baş nazir
Dünya 13:30 16.03.2026

Polşanın Aİ-dan çıxması real təhdidə çevrilib - Baş nazir

Polşa baş naziri Donald Tusk ölkənin Avropa İttifaqından çıxma təhlükəsi ilə üzləşdiyini bildirib.
 
Qaynarinfo xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.

Siyasətçi Polşanın millətçi prezidenti Karol Navrotski və sağçı müxalifət partiyalarını ölkəni blokdan çıxarmağa yönəlmiş siyasət aparmaqda ittiham edib. Onun sözlərinə görə, ultra-sağ alyans "Konfederasiya” və millətçi Hüquq və Ədalət Partiyasının (PiS) çoxluğu Polşanı Aİ-dən çıxarmağa çalışır.

"Navrotski onların himayədarıdır. Avropa İttifaqını dağıtmaq istəyənlər Rusiya, ABŞ-dakı MAGA hərəkatı və Avropanın sağçı liderləri, o cümlədən Orbanın başçılığı hərəkət edirlər. Polşa üçün bu fəlakət olar. Mən onları dayandırmaq üçün əlimdən gələni edəcəyəm”, deyə Donald Tusk vurğulayıb.

"Politico" xəbər verir ki, baş nazirin açıqlaması prezident Navrotskinin Polşaya Aİ-dən 43,7 milyard avroya qədər güzəştli müdafiə kreditləri almağa imkan verəcək qanun layihəsinə veto qoymasından sonra yayımlanıb. Eyni zamanda Tusk hökumətinin parlamentdə prezident vetosunu aradan qaldırmaq üçün əksəriyyəti yoxdur.

Belə vəziyyət Polşanın planlaşdırılmış hərbi xərcləri necə maliyyələşdirəcəyinə dair qeyri-müəyyənliyi artırır. Bu il plan üzrə hərbi xərclərin ÜDM-in təxminən 5 faizini təşkil etməsi gözlənilir.

Tusk xəbərdarlıq edib ki, Navrotskinin vetosu Polşanın Aİ-də mövqeyini zəiflədə bilər.

Son sorğular göstərir ki, ölkədə Polşanın Avropa İttifaqından çıxmasını dəstəkləyənlərin sayı hələ də azdır, lakin artıq əhəmiyyətsiz deyil. Hər on polşalıdan birindən dördünə qədər ölkənin blokdan çıxmasını dəstəkləyər. Bununla belə, sorğulananların əksəriyyəti hələ də Polşanın Aİ üzvlüyünü qorumasını istəyir.

Aydın
--> -->