Xəbər lenti

Pompeonun Türkiyə səfəri: Qardaş ölkəyə təzyiq?.. (ŞƏRH)
Siyasət10:21 17.11.2020

Pompeonun Türkiyə səfəri: Qardaş ölkəyə təzyiq?.. (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mayk Pompeonun səfəri çox müəmmalıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımlı ABŞ Dövlət katibi Mayk Pompeonun Türkiyəyə səfərini şərh edərkən deyib. Politoloq səfərin rəsmi, yaxud da qeyri-rəsmi olması dəqiq olmadığını bildirib:
"Hətta Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə də müəyyən bir gərginlik oldu. Bilinmədi ki, bu səfər rəsmidir, ya qeyri-rəsmi. Pampeo kimi bir şəxs əgər hər hansı bir ölkəyə səfər edirsə, bu qeyri-rəsmi səfər ola bilməz. Çünki ABŞ-ın Dövlət kaitibidir. Qeyri-rəsmi deyil, rəsmi səfərdirsə, rəsmi şəxslərlə görüş olmalı idi. Əvvəlcədən onlarla nəsə razılaşdırılmalı idi. Məsələn, əslində Türkiyə tərəfinin də dediyi doğrudur. Yəni, Türkiyəyə səfər edilibsə, paytaxt Ankarada görüşlər keçirilməli idi. Və yaxud da əvvəlcədən deyilsəydi, İstanbulda da görüşlər baş tuta bilərdi”.
Politoloq qeyd edib ki, ABŞ tərəfi bu məsələni daha çox proqramı tərtib edənlərin üzərinə atıb:
"Bildirildi ki, problem onlardadır. Ümumi götürəndə, Pampeonun bu səfəri tək Türkiyəyə deyil, Yaxın Şərqə, Avropaya da nəzərdə tutulub. Səhv etmirəmsə, 10 günlük səfərdir. Bu səfər çərçivəsində də Türkiyəyə gəlib. Türkiyədə onun keşişlə də görüşü var. Hansı ki, Abdulla Gülən məsələsində həbs olunmuşdu. İndi o məsələ həllini tapıb”.
Azər Qasımlının fikrincə, səfəri Türkiyəyə qarşı təzyiq kimi dəyərləndirmək olmaz:
"Məncə qarşıdakı günlərdə səfərlə bağlı açıqlamalar olacaq”.
Bahar Rüstəmli